İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail gecə həyata keçirilən əməliyyat zamanı İranın Qüds Qüvvələrinin 840-cı bölməsinin komandiri Əsgər Bakrini öldürüb.
Bu barədə o, X platformasında paylaşım edib.
Netanyahu qeyd edib ki, Bəkri dünya üzrə yəhudiləri və israilliləri hədəf alan hücumlara görə məsuliyyət daşıyıb.
“Vətəndaşlarımızı öldürmək istəyən, İsrail dövlətinə qarşı terroru yönləndirən və İranın ‘şər oxu’nu quran hər kəs öz əməllərinə görə məsuliyyət daşıyır,” – deyə Netanyahu bildirib.
O əlavə edib ki, İsrail təhlükə aradan qaldırılana və müharibə məqsədləri yerinə yetirilənə qədər bütün cəbhələrdə “güc və qətiyyətlə” fəaliyyətini davam etdirəcək.
visiontv.az