Mənim həqiqətlərim: Rusların "mədəniyyət"inə qibtə edənlər
02.02.2026

Sosial media üzərindən yazdığım qeydlər

Moskvada 10 rus alkaşı dal-dala dayanıb avtobus gözləyir. Bizimkilər iki gündür bu rusların "mədəniyyət"ini tərifləyir. 4 ildir Ukraynada qadın, uşaq, qoca demədən bir milləti məhv edir, hər gün Azərbaycan olmaqla qonşuları öldürməklə, yox etməklə təhdid edir və buna bizim sarıqulaqlar mədəniyyət deyir.

***

Yalanı həqiqətə oxşatmaq üçün peşəkar yanaşma tələb olunur.

Onlayn medianın "Bəyənmə" problemi bu cür feyk xəbərlərin yaranmasına səbəb olur.

***

Son bir həftədir ki, Azərbaycan diplomatik aktivlik nümayiş etdirir. İranı Xarici İşlər nazirinin müavini, ardınca İsrailin Xarici İşlər naziri ilə görüş və nəhayət Pekində XİN rəhbərlərinin görüşü. Nəsə maraqlı və ciddi hadisələrə yekun vurulacaq deyəsən.

***

Süni intelekt, müasir mülki və hərbi avadanlıqlar və sair üçün dünyanın o biri başına gedib kiməsə ağız açmaq lazım deyil. Dünyanın müasir texnologiyasına rahat əlçatanlıq İsrail dövləti ilə əməkdaşlıqdan keçir.

***

Erməni ordusunun polkovnik-keşişləri.

Həm Paşinyana təhlükə yaradırlar, həm də Azəırbaycana. 

***

Mən Ərazi bütövlüyünü-TELEVİZORU seçirəm!

Mir Şahin Ağayev yazır: "Bu məqalə ənənəvi tamaşaçıdan alternativ tamaşaçıya keçid dövrü haqqındadır".

***

Suyumuzun mənbəyi dibsiz çəllək deyil.

İsrafçılığa son verin. 

***

ABŞ-nin nüfuzlu media qurumları son günlər Güney Azərbaycan mövzusunu tez-tez gündəmə gətirirlər. Deməli Vaşinqtonun İranla bağlı variantları sırasında etniklərin istəkləri də yer alır.

***

Ozanımız Araz Elsəs gəlmişdi. Ürəkləndirib getdi. Növbəti görüsə qədər enerjimiz bəs edəcək.

Şəkilin açıqlaması yoxdur.

***

İranda qətillərin miqyası və qəddarlığı ağılasığmazdır. Xamenei və palançı oğlu Rza Pəhləvi əllərindən gələni etdilər ki, daha çox insan məhv etsinlər. Biri ABS-dən pas verdi o biri də İranda qol vurdu. Bu iki şovinist hələ çox paslaşacaqlar. Qırılan da elə farslar olacaq. İndi biri qaçıb girib bunkerə o biri də ABŞ-dən baş sağlığı verir. Yaxşı ki Güney bu oyuna girmədi. Və öz oyununu oynayır. Düz də edir. Nicat yalnız öz mübarizəmizdədir.

***

Avropanın illərdir kiçik ölkələrin başına asdığı oyunu indi Tramp onların başına açır.

Bir bunu deyən yazı "ORLD NOMIC ORUM WORLD ECONOMIC FORUM WORLD ECONOMIC FORUM WORLD ECONOMI FORUM RLD IC WORL ECONO FORU ORLD NOMIC DRUM WORLD CONOMIC FORUM WORLD CONOMIC FORUM Annual Meeting Davos AnnualMeetingDavos202 2026" şəkili ola bilər

***

İranda biznes və dini-siyasi elitada qarışdurma başladı.

X sosial şəbəkədə milyarder iş adamı Mohammad Saediniyanın, keçmiş prezidenti Həsən Ruhani və Zərfinin həbs edildiyi bildirilir.

Etirazlar növbəti mərhələyə keçir. Qarşıdurma ordu və SEPAH arasında başlasa Trampa ehtiyac qalmayacaq.

***

İrandan yeni videolara baxıram. İnsanları qəddarcasına qırıblar. Yəni ordu, polis öz millətinə qarşı bu qədər qəddar ola bilər? Döymək, tutmaq, qovmaq başa düşürəm. Yoxsa avtomatı əlinə alıb qarşına çıxanı güllələmək... dəhşət mənzərələrdir.

Allah nə hakimiyyətdə oturanların nə də millətin ağlını əlindən almasın.

Şöhrət El-Dəniz

visiontv.az