Sosial media üzərindən yazdığım qeydlər.
Kimsə ölən mollaların şəkilləri sırasına Müctəba Xameneinin şəklini də yapışdırıb. O, kimsə kimdirsə Müctəbanın adından bəyanat verən, açıqlama yayan sepah generallarını meymun vəziyyətinə saldı. Ölünün adından müharibə etmək, danışıqlar aparmaq yalnız mollaların ağlına gələr.
***
Trampa qarşı edilən sui-qəsd İran ətrafında baş verənlərə daha sərt məzmun verə bilər. Əmin olaq ki, bu sui-qəsddə Tehranın əli yoxdur.
***
Nyu-Yorkun müsəlman meri Zohran Mamdani deyir ki Türkiyə və Azərbaycan ermənilərə qarşı "genosid" həyata keçirib. Özüdə şiə müsəlmandır. Və çox gumanki Hindistanda yaşayan fars qaraçılarındandır. Türk qardaşlarımız da deyir bu şərəfsizləri müdafiə edin. Bunların nəyini müdafiə edək ki, elə sizi Türkiyəni qan içməkdə ittiham edirlər.
***
Makron yunanlara deyib ki, təhdid olsa qorxmayın sizin yanınızda olacağıq. Makron bu cür sözləri 44 günlük müharibədə Paşinyana da deyirdi.
Yəqin yunanlar ermənilər qədər axmaq deyil?
***
Meloni anlayır ki, Qafqazda Azərbaycansız keçirilən tədbirlərin əhəmiyyəti olmayacaq. Ona görə Bakıya dəymədən geri dönmək istəmir. Makron isə bunu başa düşmür. Ona görə özünü və Fransanı gülüş obyektinə çevirib.
***
İranın gələcəyi ilə bağlı SEPAH generalları və dini elita yekdil fikrə gələ bilmir. ABŞ ilə danışıqlara görə bir-birlərini artıq xəyanətdə ittiham edirlər. Çox güman ki "İran xalqı təcavüzə qarşı həmrəylik nümayiş etdirir" fikrini səsləndirənlər məyus olacaqlar. İslamabad danışıqları ilə bağlı hərbi və siyasi elita eyni fikirə gələ bilməsə İranda silahlı qarşıdurma, hətta vətəndaş savaşı ssenarisi işə düşə bilər. Qonşuluqda belə bir ssenarinin baş tutması isə bizim üçün də təhlükədir.
Şöhrət El-Dəniz
visiontv.az