20-ci əsrin ən böyük dələduzu
26.04.2026

22 aprel dünya proletariatının "dahi" rəhbəri, “Lenin” psevdonimli Vladimir Ulyanovun ad günü idi. Bu adam, məlum olduğu kimi, sıradan olmayıb, söhbət XX əsrin ən böyük dələduzundan gedir. Xarici dilləri bilib, Avropada oturub, böyük filosofların, sosioloqların əsərlərini rus dilinə tərcümə edib və Rusiyada öz adından çap etdirib...

Soruşa bilərsiz ki, Leninin Avropa həyatını kim maliyyələşdirib?! Təsəvvür edin ki, Stalin kimi dahi bandit Lenin kimi dahi dələduzun harın həyatına sponsorluq edib. XX əsrin əvvəllərində bolşeviklər bütün Rusiya ərazisində "ekslər" adlanan silahlı quldur dəstələri yaratmışdılar və bu dəstələr varlı adamları soyurdular. Stalin Qafqaza baxırdı, Bakıda və Tiflisdə quldurluqla, reketlə məşğul olurdu...

Məlum olduğu kimi, Rusiyada bolşeviklər Almaniyanın pulu, Trotskinin üsyanı ilə hakimiyyətə gəlib. 1917-ci ilin oktyabr dövlət çevrilişi zamanı Lenin xaricdə, Stalin sürgündə olub. Lenin təbii ki, öz ağlı və siyasəti sayəsində hakimiyyət zirvəsinə yüksəlib. Amma əlində çox saxlaya bilməyib, 1922-ci ildə ağır xəstələnib və hakimiyyəti onun xeyir-duası ilə yaxın silahdaşı – “Stalin” psevdonimli İosif Cuqaçvili ələ keçirib... Proletariatın dahi “rəhbəri” 1924-cü ildə, 54 yaşında vəfat edib...

Vladimir Lenin yarım əsrdən bir az çox, amma sözün əsl mənasında, “vor zakon” həyatı yaşayıb. Yəni ömrü boyu heç yerdə işləməyib, ancaq oxuyub, yazıb, pul xərcləyib və arvadbazlıq edib. Bəli, “dahi rəhbər” həm də böyük arvadbaz olub. Bilənlənlər bilir, bilməyənlər üçün sonda Lenin haqqında bir neçə maraqlı məlumat verim:

1) Vladimir Lenin həddindən artıq zalım və qəddar adam olub. Hətta Rusiya çarı Nikolay Romanovu xaricə buraxmayıb, 1918-ci ildə arvadı, körpə uşaqları ilə birlikdə Sverdlovck vilayətində güllələtdirib. Onun əsərlərində “Proletariat Diktaturası amansız olmalıdır”, “Kütləvi terror siyasi mübarizənin əsas formasıdır” tezisləri qırmızı xətt kimi keçir...

2) Nadejra Krupskaya adl yastıburun, gombul qadın heç zaman Leninin arvadı, həyat yoldaşı olmayıb. Lenin sürgündə olanda bu qadın onun yanına qulluqçu kimi göndərilib, ayaqlarını və paltarını yuyub. 1917-ci ildə bolşeviklər Rusiyada hakimiyyətə gələndə “dahi rəhbər”in “subay” olması məsləhət bilinməyib və Krupskaya Leninin həyat yoldaşı kimi qeydiyyatdan keçib.

3) Yuxarıda deyildiyi kimi, Lenin zərif çinsin böyük həvəskarı olub və eyni zamanda bir neçə məşuqə saxlayıb. Bunların çoxu Aleksandra Kollontay, İnessa Armand kimi gözəl və savadlı qadınlar olub. Hətta deyirlər ki, hamam vannasının şampanla doldurulması və çılpaq qadınların şampanda yuyulması Leninin ideyasıdır və birinci dəfə xaricdə İnessa Armandla təcrübədən keçirilib...

4) Proletariatının “dahi rəhbər”i sifilis xəstəliyindən yox, beyin damarlarının sklerozundan (qurumasından) vəfat edib. Sadəcə olaraq, hazırda bütün sağalmaz xəstəliklərə “xərcəng” deyildiyi kimi, o zaman da “sifilis” deyilirdi. Sağlığında Lenini müalicə, öləndən sonra müayinə edən alman həkimləri yazırdılar ki, onun beyin damarları qurumuşdu, sim kimi dartılmışdı, hətta “sim kimi” çalmaq olardı.

Qalib ARİF

visiontv.az