Marko Rubio Avropa dövlətlərini İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb
21.04.2025

ABŞ-nin dövlət katibi Marko Rubio İranın nüvə silahı əldə etməsinə yaxınlaşdığını bildirib və Avropa dövlətlərini İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

“Avropalılar tezliklə sanksiyaları bərpa etməklə bağlı qərar verməlidirlər, çünki İran açıq şəkildə mövcud razılaşmaya əməl etmir. Gördüyünüz kimi, BAEA keçən həftə Tehranda idi. Onlar İranın nüvə silahına heç vaxt olmadığı qədər yaxın olduğunu açıqlayan bəyanatlar verdilər.” - deyə  Marko Rubio bildirib.

 Marko Rubio Donald Trampın İranın heç vaxt nüvə silahı əldə etməyəcəyi ilə bağlı sözlərini yada salıb.

Onun sözlərinə görə, Vaşinqton diplomatik həllə üstünlük verir: "Biz ümid edirik ki, danışıqlar davam edəcək və onlar məhsuldar olacaq. Biz hamımız sülh yolu ilə və davamlı həllə üstünlük veririk." - deyə o bildirib.

visiontv.az