London görüşündən sonra Vaşinqton Rusiya ilə danışıqların perspektivinə baxacaq
London görüşündən sonra Vaşinqton Rusiya ilə danışıqların perspektivinə baxacaq
22.04.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ -la Rusiya arasında Londonda Ukraynada atəşkəsin əldə edilməsi istiqamətində növbəti danışaqlar baş tutacaq. Avropa və Ukraynanın iştirak etmədiyi bu görüşün müsbət nəticələnməsi gözlənilmir.

Rusiya Ukraynanın beş regionunun Rusiya ərazisi kimi tanınması və qarşı tərəfin qoşunlarının bu regionlardan çıxarılmasını tələb edir. Yalnız bunun müqabilində atəşkəsə gedə biləcəyini şərt kimi irəli sürür.

London görüşündən sonra Vaşinqton Rusiya ilə danışıqların perspektivinə baxacaq. Bununla bağlı ABŞ dövlət katibi Rubio açıqlama verib. Çünki nəticəsiz danışaqlar prosesi D. Trampin mövqeyini kifayət qədər zəiflədir. ABŞ Rusiya ilə danışıqlara fasilə verə bilər...

Məhəmməd Əsədullazadə

visiontv.az