Respublikaçıların nümayəndəsi Brian Fitzpatrick partiyadaşlarını prezident Donald Trampın Rusiyanın dizel ixracına qadağaların yumşaltmaqla bağlı qərarına müqavimət göstərməyə həvəsləndirmək niyyətindədir. O bu addımın Moskvanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Pensilvaniyadan olan konqresmen Fitzpatrick həm də Nümayəndələr Palatasında Ukrayna Kokusun həmsədridir. O, oktyabrın 10-da “Ronald Reyqan güc vasitəsilə sülh” qanun layihəsini təqdim edib. Qanun layihəsi Rusiya neftinin bütün alışlarının bloklanmasını nəzərdə tutub.
“Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya birbaşa günahkardır. Konqres və ABŞ xalqı Ukrayna qələbə əldə edənə qədər Zelenskinin yanındadır” – deyə Fitzpatrick X səhifəsində yazıb.
Bununla belə layihəyə demokratlardan kimin hamilik etdiyini müəyyən etmək mümkün olmayıb. Əgər bu qanun layihəsi 218 tərəfdar toplasa, onun müvafiq komitə və Nümayəndələr Palatasının rəhbərliyinin icazəsi olmadan səsverməyə çıxarılması nəzərdə tutulur. Lakin onun qüvvəyə minməsi üçün Senat və Ağ Evdə də təsdiqinə ehtiyac var.
Bəzi Respublikaçılar da Rusiyaya qarşı enerji qadağalarının yüngülləşdirilməsinin Putinə qarşı təzyiqə zərbə vuracağı qənaətindədirlər. Texasdan olan respublikaçı konqresmen Michael McCaul sanksiyaların götürülməsinin Kremlin müharibə maşınını daha cəsarətləndirəcəyini bildirib. O bunu deyərkən Trampın sentyabrda imzaladağı “Lindsey Graham sanksiyaları Rusiya və İran Aktı” qanun layihəsinə istinad edib. Alyaskadan olan Respublikaçı senator Lisa Murkovski isə Trampı Rusiyanın dizel ixracından daha çox qazanmaq yerinə bu qanunun verdiyi gücdən istifadə etməyə çağırıb:
“Biz Rusiyanın qlobal enerji bazarına müharibə qurtaran zaman qayıtmasını müzakirə edə bilərik, amma indi biz onları qidalandıracaq hər şeyi kəsməliyik.
Tramp bundan öncə Rusiyadan dizel ixracı ilə qadağaları yumşaldacağını açıqlayıb. Qadağaların yumşaldılmasının müvəqqəti olacağı bildirilib. ABŞ liderinin bu qərarı Ukraynada xoş qarşılanmayıb. Oktyabrın 10-da isə o, Zelenskini tənqid edərək, Ukraynanın Rusiya ilə razılaşmaya çatmaqda həvəsli olan president seçməli olduğunu deyib.
visiontv.az