Konqoda Eboladan ölənlərin sayı artır: Son statistika açıqlandı
30.06.2026

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 1 307 nəfərə çatıb.

 Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi məlumat yayıb.

Ölüm halları artaraq 377-yə yüksəlib. Xəstəlikdən ölüm göstəricisi 28.8% təşkil edir.

Hazırda xəstəxanalarda və tibbi təcridxanalarda 615 pasiyent müalicə alır. Xəstəlikdən 180 nəfər tam sağalıb. Təmasların izlənilməsi göstəricisi isə 81.3%-ə çatıb.

Qeyd edək ki, Ebolanın sonuncu yayılma dalğası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Bu xəstəlik Konqonun üç əyalətini əhatə edib. Uqandada virusa yoluxanların sayı 20 nəfərə çatıb ki, onlardan da ikisi həyatını itirib.

visiontv.az