KİV: Tramp Kiyevə NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazırdır
14.08.2025

ABŞ prezidenti Donald Tramp avqustun 13-də Avropa liderləri ilə söhbəti zamanı NATO-nun səyləri çərçivəsində həyata keçirilməyəcəyi təqdirdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə hazır olduğunu bildirib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Rusiya ilə atəşkəs razılaşması əldə olunacağı, lakin müəyyən şərtlərə riayət olunacağı təqdirdə ABŞ-ın Ukraynanın çəkindirici vasitələrlə təmin olunmasında müəyyən rol oynamağa hazır olduğunu bildirib.

Mənbələrdən biri xəbər verib ki, Tramp təhlükəsizlik zəmanətləri dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyərək yalnız daha geniş konsepsiyanı müzakirə edib.