Təbriz zindanında məhbus olan azərbaycanlı fəal Kərim İsmayılzadə iki aylıq qapalı həbsdən sonra ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb.
Zəng zamanı o, fiziki sağlamlığından arxayın olduğunu bildirsə də, bu müddət ərzində çəkdiyi mənəvi-psixoloji gərginlik və təzyiqlər haqqında ailəsini məlumatlandırıb.
Kərim İsmayılzadənin ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, o, bu iki ayı əsasən təkadamlıq kamerada və məhbusların təzyiq şəraitində saxlanıldığı Təbriz zindanının xüsusi təhlükəsizlik hissəsində keçirib.
Qeyd edək ki, son zamanlar rejim yenidən azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlərini artırıb. Təzyiq vasitəsi kimi məhbusların ailələri ilə ünsiyyəti məhdudlaşdırılır və onlar təkrar-təkrar dindirilirlər.
visiontv.az