Keçmiş səfir İran ilə ABŞ arasında razılaşma ehtimalının aşağı olduğunu bildirib
06.02.2026

ABŞ İsraildəki keçmiş səfiri Den Şapiro İran-Amerika danışıqlarının növbəti mərhələsinin razılıqla bitmə ehtimalının az olduğunu bildirib

İsrailin hərbi radiosu Galei Zahal-a verdiyi müsahibədə Şapiro danışıqlar formatı və Vaşinqtonun mövqeyi nəzərə alınmaqla perspektivlərin aşağı olduğunu bildirib.

"Mən razılaşmaya gedən yol görmürəm - Trampın uzun və mürəkkəb danışıqlar üçün səbri çatmayacaq", Şapiro deyib.

"Onun başqa seçimi yoxdur - hərbi əməliyyatlar olacaq, o, bunsuz rejimi devirə bilməyəcək", o əlavə edib.

visiontv.az