Abbas Əraqçi ABŞ-la danışıqlar üçün Omana yola düşüb
06.02.2026

İranın xarici işlər naziri Abbas Əraqçi Omanın paytaxtı Məşqətə yollanıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai "X" hesabında məlumat yayıb.

“Xarici işlər naziri Əraqçi diplomatik missiyaya rəhbərlik edərək ABŞ-la nüvə proqramı üzrə danışıqlar aparmaq üçün Maskata yola düşüb. Bu diplomatik görüş nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı faydalı və dürüst anlaşmanın əldə olunması məqsədi daşıyır”, – deyə o bildirib.