Jurnalist Cavad Ağacanejad Təbriz meri tərəfindən şikayət edildikdən sonra həbsxanaya göndərilib
05.02.2026

Son illərdə Təbriz şəhər idarəçiliyi sahəsində tənqidi yanaşma ilə fəaliyyət göstərən təbrizli jurnalist və "Bitərəf" xəbər saytının baş redaktoru Cavad Ağacanejad Təbriz meri Yaqub Hoşyarın şikayətindən sonra həbsxanaya göndərilib.

Cavad Ağacanejad hökmünün qüvvəyə minməsi xəbərini təsdiqləyib və bazar ertəsi günü bir illik həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına göndərilib.

Təbrizli jurnalist bir il həbs və iki il mətbuat fəaliyyətinə qadağa cəzasına məhkum edilib.

visiontv.az