Uzunmüddətli sabitlik yalnız Tehrana davamlı təzyiq göstərilməsi və danışıqlarla əldə olunan razılaşma ilə yox, rejim dəyişikliyinə yönəlmiş yanaşma ilə mümkün ola bilər.
Bunu Ağ Evin keçmiş iqtisadi müşaviri Larri Kudlou ABŞ ilə İran arasında yaranan diplomatik təmasları şərh edərək bildirib.
O çıxışı zamanı ABŞ–İran arasında ilkin müzakirələr barədə yayılan məlumatlara toxunaraq istənilən razılaşmanın etibarlı və ya effektiv şəkildə icra olunacağına şübhə etdiyini bildirib.
Onun fikrincə, təzyiqə əsaslanan strategiya İranla bağlı təhlükəsizlik problemlərinin həllində daha təsirli ola bilər.
visiontv.az