ABŞ İran üzrə hədəflərin siyahısını genişləndirir
08.04.2026

Politico xəbər verir ki, Pentaqon hədəf alınması mümkün olan İran enerji obyektlərinin siyahısını genişləndirərək siyahıya mülki əhali və hərbi qüvvələr üçün yanacaq və elektrik təmin edən obyektləri də daxil edib.

İki müdafiə rəsmisinə istinadən bildirilir ki, ABŞ-ın hərbi planlaşdırıcıları hərbi obyektlərə qarşı beş həftə davam edən zərbələrdən sonra yeni hədəflər axtarışında olan Amerika və İsrail təyyarələri üçün hədəf siyahısını yenidən nəzərdən keçirirlər.

Rəsmilər bildirib ki, bu obyektlərin həm mülki, həm də hərbi məqsədlər üçün istifadə olunması onları legitim hərbi hədəfə çevirə bilər.

"Politico" qeyd edir ki, bu dəyişiklik administrasiyanın əsas infrastruktur obyektlərinə zərbə endirilməsi ilə bağlı mümkün müharibə cinayətləri ittihamlarından qorunması üçün hüquqi əsas yarada bilər.

visiontv.az