İranın paytaxtı su qıtlığı ilə üzləşir
21.05.2026

Tehranın su ehtiyatları son yağışlara baxmayaraq narahatedici səviyyədə qalmaqda davam edir və paytaxtın yayı keçirmək üçün ictimaiyyət ilə hökumətin əməkdaşlığına ehtiyacı olacaq.

Bu barədə Tehran şəhər şurasının sağlamlıq, ətraf mühit və şəhər xidmətləri komitəsinin rəhbəri Mehdi Pirhadi bildirib.

O bildirib ki, son yağışlar paytaxtı su ilə təmin edən anbarlardakı səviyyəni qənaətbəxş vəziyyətə gətirməyib.

O əlavə edib ki, təxminən 10 əyalət, ümumilikdə 35 milyon nəfərə yaxın əhali, uzunmüddətli orta göstəricilərlə müqayisədə hələ də yağıntı azlığından əziyyət çəkir.

visiontv.az