ABŞ və İsraildə yeni zərbə endirilməsi çağırışları getdikcə daha ucadan səslənir. Bəzi rəsmilər hesab edirlər ki, təzyiqin artırılması Tehranın mövqelərini zəiflədə və İranı danışıqlar masasına qayıtmağa məcbur edə bilər.
“Bu nəzəriyyənin bir ciddi qüsuru var - biz bunu praktikada artıq dəfələrlə sınaqdan keçirmişik, amma İran təslim olmayıb… Biz aşınma müharibəsi vəziyyətindəyik və ABŞ ilə İsrailin yeni zərbə endirməsi ehtimalı hər gün artır”, - İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun İran üzrə baş elmi əməkdaşı, İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Denni Tsitrinoviç bildirib.
İran rəsmiləri Reuters-ə bildiriblər ki, raket proqramı, nüvə potensialı və boğaz üzərində nəzarətlə bağlı güzəştlər siyasi alət deyil, İslam Respublikasının sağ qalmasının ideoloji əsaslarıdır. Onlardan imtina kompromis deyil, kapitulyasiya deməkdir.
Tsitrinoviçin sözlərinə görə, bu, hətta uzunmüddətli hərbi qarşıdurmanın belə Tehranı öz “qırmızı xətlərindən” geri çəkilməyə məcbur edə bilməməsini və gələcək eskalasiyanın çətin ki, uğur gətirəcəyini izah edir.
visiontv.az