Qəzvin, Kirman və Çaharmahal və Bəxtiyarı əyalətlərində 32 nəfər həbs edilib.
Bu barədə SEPAH-ın kəşfiyyat bölməsi məlumat yayıb.
Çaharmahal və Bəxtiyari də 22, Kirmanda 8 və Qəzvində isə 2 nəfər saxlanılıb.
Onların "casusluq, müxalifət qrupları ilə əlaqələr, terror və təxribat aktları"nda günahlandırıldıqları bildirilib.
Məlumata görə, Qəzvin əyalətində iki nəfər "İsrailə casusluq" ittihamı ilə həbs edilib. Həmçinin Qəzvin əyalətində silah paylama şəbəkəsinin dağıdıldığı, şəbəkədən silah və sursatın aşkar edilərək müsadirə edildiyi qeyd olunub.
Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.
visiontv.az