İranda müharibəyə görə daha 91 nəfər həbs edildi
02.04.2026

ABŞ-İran və İsrail müharibəsi ilə əlaqədar ölkənin müxtəlif bölgələrində daha 91 nəfər saxlanılıb.

Bu barədə İran mediası məlumat yayıb.

"Onlar hökumətə müxalif qruplarla əlaqədə", "hava hücumu edilən yerlərin və insanların həbs olunduğu anların görüntülərini xaricdəki media qurumlarına göndərməkdə" ittiham olunublar.

Ən çox həbslərin 54 nəfər olmaqla Tehranda qeydə alındığı bildirilib.

Onlar "həssas hərbi və mülki mərkəzlərin foto və video çəkərək düşmən şəbəkələrinə göndərilməsi üçün əvvəlcədən planlaşdırmış fəaliyyət"də ittiham olunublar.

visiontv.az