İranda “Müdafiə Şurası” hansı əsasla və nəyə görə yaradılıb
05.08.2025

İran Konstitusiyasının 176-cı maddəsinə əsasən, Ali Milli Təhlükəsizlik Şurasının tabe qurumu kimi “Müdafiə Şurası” adlı yeni bir struktural orqan yaradılır. Məqsəd ölkənin müdafiə qabiliyyətini gücləndirmək, hərbi koordinasiyanı artırmaq və strateji təhlükəsizlik siyasətlərini formalaşdırmaqdır.

Yeni yaradılacaq şuranın strukturuna prezident rəhbərlik edəcək, katib vəzifəsinə isə Silahlı Qüvvələrin nümayəndəsinin təyin olunacağı gözlənilir. Şuranın tərkibinə hakimiyyətin üç qolunun rəhbərləri, ali rəhbərin Təhlükəsizlik Şurasındakı iki nümayəndəsi, kəşfiyyat naziri, Baş Qərargah rəisi, SEPAH komandanı, ordunun baş komandanı və “Xatəm əl-Ənbiya” Qərargahının başçısı daxildir.

İran rəsmilərinə görə, Müdafiə Şurasının yaradılması ölkənin müdafiə strategiyalarının daha effektiv və operativ şəkildə həyata keçirilməsinə şərait yaradacaq, eyni zamanda təhlükəsizlik qurumları arasında koordinasiyanı gücləndirəcək.

visiontv.az