İranda İsveç vətəndaşı edam edilib
22.03.2026

İranda İsveç vətəndaşının dar ağacından asıldığı bildirilib. Bununla bağlı, İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard açıqlama verib.

“İranda bir İsveç vətəndaşının edam edildiyini böyük təəssüflə öyrəndim”, - deyə, XİN başçısı vurğulayıb.

Mariya Malmer Stenerqard əlavə edib ki, həmin şəxsin ötən ilin iyun ayında İran-İsrail müharibəsi zamanı həbs olunduğu bildirilir və İsveç hökuməti bu məsələni o vaxtdan etibarən müxtəlif səviyyələrdə İran rəsmiləri qarşısında qaldırıb.

visiontv.az