İran hakimiyyəti Yəzd əyalətində İsraili dəstəklədiyi iddiası ilə səkkiz nəfəri həbs edib.
Bu barədə əyalətin polis rəisi məlumat verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Kirmanın polis komandiri daha dörd vətəndaşın - biri qadın və üç kişinin də oxşar ittihamlarla həbs edildiyini açıqlayıb.
HRANA hüquq-müdafiə təşkilatının məlumatına görə, son altı gündə ən azı 160 iranlı sosial şəbəkələrdə İsrailin İslam Respublikasına zərbələri ilə bağlı paylaşımlarına görə saxlanılıb.
visiontv.az