İranın internet kəsintisindən birbaşa gündəlik zərəri 30-40 milyon dollar, dolayı zərəri isə 70-80 milyon dollara bərabər olub.
Bunu İran Ticarət Palatasının nümayəndəsi Əfşin Kolahi deyib.
"Beləliklə, 60 gün ərzində İran iqtisadiyyatına ən azı 1,8 milyard dollar birbaşa ziyan dəyib. Dolayı ziyanlar da daxil olmaqla, bu itki 4 milyard dollardan çoxdur",- o bildirib.
Kolahinin sözlərinə görə, İran cəmiyyətinin orta və aşağı təbəqələrindən olan təxminən 10 milyon insan internetlə əlaqəli fəaliyyətlərlə birbaşa məşğul olur, buna görə də internetə çıxışa qoyulan məhdudiyyətlər onların işlərini və dolanışıqlarını riskə atıb.
visiontv.az