İran tankeri 72 saatdır yanır
13.05.2026

Gunaz TV-nin məlumatına görə, ABŞ qırıcılarının hücumundan üç gün keçməsinə baxmayaraq, İran rejiminə məxsus bir neft tankeri Cask limanı yaxınlığında hələ də yanmaqdadır.

Məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisəni təsdiqləyib.

Bildirilir ki, mayın 9-da ABŞ qüvvələri dəniz mühasirəsini yarmağa və İran limanlarına daxil olmağa çalışan iki İran tankerini dayandıraraq hədəfə alıb.

ABŞ prezidenti Donald Tramp bu hücumları Tehranın atəşkəsi pozmasına cavab kimi qiymətləndirib.

İndiyədək tanker heyətinin taleyi və dənizə sızan neftin həcmi barədə rəsmi məlumat açıqlanmayıb.

Hadisənin ardınca Hörmüz boğazının şərqində İran SEPAH qüvvələri ilə ABŞ-ın Altıncı Donanması arasında yeni raket qarşıdurmasının başladığı bildirilir.

Tehran isə Vaşinqtonu “8 aprel atəşkəsini kobud şəkildə pozmaqda” və qeyri-hərbi hədəfləri vurmaqda ittiham edib.

Oman dənizi üzərində günlərdir davam edən yanğın bölgədə sülh danışıqlarının dalana dirəndiyini və yaxın günlərdə daha geniş dəniz qarşıdurması riskinin artdığını göstərir.

visiontv.az