İran niyə dağılmır?
Bunu başa düşmək üçün bir şeyi qəbul etmək lazımdır:
XXI əsrdə müharibələr artıq təkcə raketlərlə aparılmır.
Bu müharibələr ideologiya üzərində qurulur.
Bu gün İran ətrafında baş verənlər də məhz bunun sınağıdır.
Hamı düşünür ki, liderləri aradan götürmək sistemi çökdürəcək.
Amma tarix başqa şey deyir.
Saddam getdi — xaos gəldi.
Qəddafi getdi — dövlət dağıldı.
Süleymani öldürüldü — İran yerində qaldı.
Çünki problem lider deyil.
İran ideoloji dövlətdir.
Bu sistem:
sadəcə hakimiyyət deyil,
inancla idarə olunur.
“Vilayəti-fəqih”, “müqavimət”, “Mehdi zühuru” — bunlar siyasət yox, psixoloji silahdır.
Bu ideologiya insanlara belə deyir:
məğlubiyyət yoxdur — bu, müqəddəs mübarizədir.
Şimali Koreya bunu ən sərt formada göstərir.
Aclıq var, yoxsulluq var — amma sistem dağılmır.
Çünki qorxu və ideologiya birlikdə işləyir.
İran isə daha mürəkkəb modeldir.
Xalq narazıdır.
Etirazlar olub.
Minlərlə insan öldürülüb.
Amma sistem hələ də ayaqdadır.
Niyə?
Çünki xarici təzyiq hər zaman inqilab yaratmır.
Bəzən əksinə, sistemi daha da möhkəmləndirir.
İnsanlar xaosdan qorxur.
Alternativ görmür.
Və nəticədə mövcud sistemə dözür.
ABŞ və İsrail ümid edir ki, “lider ovu” qığılcım olacaq.
Amma tarix göstərir:
Qığılcım hər zaman inqilab yaratmır.
Bəzən o, alovu yox — qorxunu böyüdür.
Və əsas sual hələ də açıqdır:
İran xalqı ayağa qalxacaq, yoxsa ideologiya yenə qalib gələcək?
Yazını bütüöv şəkildə şərh bölümündən oxumaq olar.
Elbəyi Həsənli
visiontv.az