İran Xameneini dəfn etməkdən vaz keçdi
04.06.2026

İranın keçmiş rəhbəri Əli Xameneinin dəfn olunacağı, Tehran, Qum və Məşhəd şəhərlərində 3 günlük vida mərasimi keçiriləcəyi barədə informasiyalar təsdiq olunmayıb.

Bu barədə keçmiş rəhbərin oğlu  Məsud  Xameneinin başçılıq etdiyi  Əli  Xaməneinin  Əsərlərinin Qorunması və Nəşri İdarəsi bəyanat yayıb.

Bəyanatda dəfn mərasimi ilə bağlı yayılan məlumatlar və irəli sürülən fərziyyələrin həqiqətə uyğun olmadığı bildirilib.

Qeyd edək ki, 28 fevralda  ABŞ-İsrail hücumu nəticəsində öldürülən İranın keçmiş lideri  Əli  Xameneinin yerinə onun oğlu  Müctəba  Xamenei seçilib.

visiontv.az