Finlandiya prezidentindən Avropa İttifaqına maraqlı təklif
04.06.2026

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) genişləndirilməsi təşəbbüsü ilə çıxış edərək, üzv ölkələrin sayının 27-dən 40-a qaldırılmasını və Kanadanın quruma qəbul olunmasını təklif edib.

 Bu barədə məlumatı CNBC telekanalı paylaşıb.

"Kanadanın  ABŞ-nin 51-ci ştatı yerinə, Avropa İttifaqının 28-ci üzvü olması möhtəşəm deyilmi?" - deyə dövlət başçısı vurğulayıb.

Stubbun fikrincə, Avropa İttifaqı qlobal miqyasda mövqeyini gücləndirməli və daha geniş düşünməlidir. O, ittifaqa mümkün namizədlər kimi Türkiyə, keçmiş  Yuqoslaviya respublikaları, Albaniya, Norveç, İslandiya, Ukrayna, Moldova və Gürcüstanı sadalayıb.

Xatırladaq ki, daha öncə  Almaniya kansleri Fridrix Merts Ukraynanın Aİ-yə sürətli inteqrasiyasının mümkünlüyünü görmədiyini açıqlamışdı. Kansler bildirib ki, rəsmi Kiyev üçün İttifaqa gedən yolu müəyyən edəcək perspektivin olması əhəmiyyətlidir. Onun sözlərinə görə, Ukraynanın  Avropa  İttifaqı ilə tədricən yaxınlaşması hər zaman reallaşa bilər, lakin bu cür təcili üzvlük qeyri-realdır.

visiontv.az