Yanvar etirazlarında həbs edilən Fətullah Avəri bu gün səhər saatlarında Həmədan şəhərinin həbsxanasında edam edilib.
Bu barədə İran Məhkəməsinin "Mizan" saytı məlumat yayıb.
Onun etiraz aksiyaları zamanı polis polkovniki Məhəmməd Cavad Bəxşianı öldürməkdə ittiham olunduğu bildirilib.
Hökumət mediasının iddiasına görə, Avəri, yanvarın 8-də həmkarlarından ayrılaraq tək qalan polkoviniki başqa bir neçə nəfərlə birlikdə döyüb və polis zabiti xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.
visiontv.az