İran xalqlarının üsyanı bəlluclardan başlayacaq?
23.03.2026

1. ABŞ-ın və ərəb ölkələrinin dünya neft bazarını nəzarətdə saxlamaq üçün yetərincə rezervləri var. Bu rezervlər bazara çıxarılacağı təqdirdə, neft qiyməti sabitləşəcək. Odur ki, "neft bahalaşması"nın ABŞ-a İran savaşında guya geo-iqtisadi təzyiqə çevriləcəyi barədə proqnozlara ciddi yanaşmağımız mümkün deyil.

2. Xüsusi təyinatlı "pişiklər" bölgəyə çatdıqdan bir neçə sutka sonra keçiriləcək əməliyyatla ABŞ-İsrail tandemi Hark adasını və Hürmüz boğazını hava və dəniz desantları ilə ələ keçirəcək, ardınca adalara yerləşdirəcəyi raket-artilleriya sistemləri ilə İran Silahlı Qüvvələrinin Çabahar-Mahşəhr zolağındakı aktivliyini dayandıracaq. Bu əməliyyatı tam uğurla yerinə yetirmək üçün ABŞ-ın xarici hərbi dəstəyə ehtiyacı yoxdur.

ABŞ-ın İranın xam petrol istehsalı müəssisələrini ələ keçirməsi və İranın əlindən Hürmüz boğazını alması onsuz da ağır sosial-iqtisadi bataqlıqda çabalayan Tehran rejimi üçün əsl fəlakət ssenarisidir. Çünki pul yoxdursa, müqavimət təşkil oluna bilməz. Maaşların kəsilməsi SEPAH başda olmaqla silahlı qüvvələrin daxildən parçalanmasını sürətləndirəcək, onları üsyana sürükləyəcək.

3. Beləliklə, yaxın 10-12 gün içində biz ilk dəfə Tehran rejiminin İranın cənub bölgəsinə hakimiyyət nəzarətini itirməsinə şahid olacağıq. Bu isə o deməkdir ki, İranın cənub-şərqində Bəluç Hərəkatı yenidən vüsət alacaq. Əksəriyyəti sünni olan, İranla dərin inteqrasiya problemləri olan Bəluçlar bu ilin yanvarında İranşəhrin polis rəisi Mahmud Həqiqətini öldürmüşdülər və azadlıqları uğrunda mübarizə aparan silahlı hərəkata-Xalq Mübarizə Cəbhəsinə malikdirlər. Bu cəbhə 2025-ci ilin dekabrında yaradılıb. XMC-nin yeni yaranması Bəluc hərəkatının yeni başlaması anlamına gəlmir. Onların İrana qarşı "mübarizə yaşı" İslam inqilabından da əvvələ gedib çıxır. 2005-ci ildə İran prezidenti Əhmədnejata bomba atanlar da daxil olmaqla, çoxsaylı qruplar indi XMC adı altında təmərküzləşiblər. Bəluçlarla bağlı ayrıca yazacam. Onların hədəfi dövlət müstəqilliyidir, ancaq buna nail olacaqlarına, açığı, hələ ki əmin deyiləm. Zira, ilkin siqnallar göstərir ki, İran xalqları arasından ilk üsyan edən onlar ola bilər.

"ABŞ və İsrailin hücumu İran vətəndaşlarını molla rejiminin ətrafında daha da birləşdirdi" kimi propoqanda tezislərinin başını buraxın, sahədə vəziyyət tam fərqlidir və bu fərqin üzə çıxması an məsələsidir.

Fotoda: Bəluçstan Xalq Mübarizlər Cəbhəsinin bayrağı.

Bir xəritə şəkili ola bilər

Taleh Şahsuvarlı

visiontv.az