İran terror rejimi daxilində ABŞ ilə danışıqlar məsələsi ətrafında fikir ayrılıqları getdikcə daha da dərinləşir. Radikal qruplar və sərt xətt tərəfdarları Məhəmməd Baqir Qalibafı Əli Xameneinin tövsiyələrinə zidd hərəkət etməkdə və hətta “xəyanətdə” ittiham edirlər. Onların fikrincə, Xameneinin ABŞ ilə danışıqları “ağıllı, məntiqli və şərəfli olmayan yol” kimi qiymətləndirməsinə baxmayaraq, Qalibafın danışıqlar prosesinə müsbət yanaşması rəhbərin siyasi xəttindən uzaqlaşması deməkdir.
Görünür ki, İran fars molla rejimi daxilində nüfuz və güc uğrunda mübarizə yeni mərhələyə keçib.
Bir tərəf ABŞ ilə hər hansı anlaşmanı ideoloji geri çəkilmə hesab edir, digər tərəf isə ağır iqtisadi böhran, sanksiyalar və artan təhlükəsizlik riskləri fonunda danışıqları rejimin mövcudluğunu qorumaq üçün zəruri vasitə kimi dəyərləndirir.
Anlaşılan budur ki, ABŞ ilə müzakirələr məsələsi artıq yalnız xarici siyasət mövzusu deyil.
Bu məsələ rejim daxilində müxtəlif ideolojik-siyasi qruplar arasında gedən savaşın əsas cəbhəsinə çevrilib. Sözsüz ki, danışıqlar prosesinin gələcəyi ilə bağlı veriləcək qərarlar təkcə İran rejiminin xarici siyasət istiqamətini deyil, həm də rejim daxilində qüvvələr nisbətinin necə formalaşacağını müəyyən edəcək. Beləliklə, Vaşinqtonla münasibətlər ətrafında yaranan mübahisə İran rejiminin daxilindəki siyasi və ideoloji çatların daha da dərinləşməsinə səbəb olacaq.
Siyasi şərhçi Sadiq İsabəyli
visiontv.az