Azad edilmiş ərazilərdə daha 51 mina, 497 PHS aşkarlanıb
16.06.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.06.2026 – 15.06.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, azad edilmiş ərazilərdə  29 piyada əleyhinə mina, 22 tank əleyhinə mina, 497  Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1668.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az