İran qonşu ölkəni “ikinci İsrail” adlandırdı
14.05.2026

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yəhudi dövlətinə verdiyi dəstəyə görə “ikinci İsrail” hesab edilə bilər”.

Bunu İran parlamenti sədrinin sözçüsü Əlirza Səlimi deyib.

“Əslində, Birləşmiş Ərəb Əmirlikləri “ikinci İsrail” hesab edilə bilər. Çünki  Əbu-Dabi İsrailin iqtisadi qanadı kimi qəbul edilir”, - o bildirib.

Səlim qonşu ölkəni  ABŞ və İsrailin tərəfində oynamaqda ittiham edib.

visiontv.az