İran prezidenti həbs olunma təhlükəsinə görə İsveçrəyə səfərini ləğv edib
13.12.2023

Rəisinin İsveçrədə saxlanılması ehtimalına görə onun Cenevrəyə səfəri ləğv olunub.

Xatırladaq ki, İranlı siyasi və insan haqları aktivistləri İbrahim Rəisinin xeyli cinayətlərdə, o cümlədən İranda 1988-ci ildə siyasilərin kütləvi edam olunmaları ilə əlaqədar rolu olduğuna görə 2 gün öncə onun İsveçrədə saxlanılmasını tələb etmişdirlər.

Rəisi bir heyətlə Dünya Qaçqınları üzrə Forum-2023 iclasında iştirak üçün Cenevrəyə səfər etməsi nəzərdə tutulmuşdur. 

Lakin ona qarşı hüquqi şikayətin Cenevrədə qeydiyyata alındığı səbəbindən İsveçrəyə səfəri ləğv olunub. 

Şikayətə əsasən “soyqırımının tətbiq edilməsində, işkəncə, qanunsuz edamlar və bəşəriyyətə qarşı sair cinayətlərdə” onun rolu olduğuna görə ölkəyə daxil olan kimi saxlanılması istənilib. 

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı onu, İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian əvəz edəcəyini bildirib.

visiontv.az