İran prezidenti: “Biz dünya ilə vuruşmamalıyıq”
27.12.2024

IRNA xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Şimali Xorasan əyalətinə səfəri zamanı çıxışında bildirib ki, İslam Respublikası dünya ilə vuruşmamalıdır.

“Biz heç kimlə döyüşmürük. Biz var gücümüzlə ölkəmizin sərhədlərini və bütövlüyünü qoruyuruq və qoruyacağıq. Eyni zamanda, heç kimə ölkəmizə hücum etmək imkanı verməyəcəyik. İran heç bir ölkənin ərazisinə göz dikməyib”, - deyə, Pezeşkian vurğulayıb.

O, qeyd edib ki, “ölkədəki problemləri birlik yolu ilə həll etmək lazımdır və elə bir iş görülməlidir ki, hökumət problemlərin, maneələrin həll istiqamətində addım atsın”.

visiontv.az