İran neft gəmisini ələ keçirib
12.08.2025

İran Hörmüzqan əyalətinə yaxın sularda "Foniks" adlı xarici neft gəmisni ələ keçirib və gəminin 17 nəfər ekipaj üzvünü həbs edib.

Bu haqda İran Sərhəd Mühafizəsinin komandiri Əhməd Əli Qudarzi məlumat verib.

O, 2 milyon litr qaçaq yanacaq daşıyan gəminin ekipaj üzvlərinin Cask limanı məhkəməsinə təhvil verildiyini bildirib.

Gəminin hansı ölkəyə məxsus oluğu barədə açıqlama verilməyib.

visiontv.az