İran parlamentinin üzvü Məhəmmədtəqi Nəqdəli plenar iclasda deyib:
"Qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi qanuna ziddir. Yol Hərəkəti haqqında Qanunda yalnız kişilərə motosiklet sürücülük vəsiqəsinin verilməsi məsələsindən bəhs olunur və qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi üçün qaydaların hazırlanması qanuna ziddir. Şübhəsiz ki, bu cür qaydalar İslam Şurası Məclisinin İcraiyyə Komitəsi tərəfindən nəzərdən keçirilməlidir".
Əgər hökumətin bu barədə qərarı varsa, onu qanun layihəsi şəklində parlamentə təqdim etməlidir və əgər Məclis razılıq verərsə, bu məsələ qanuniləşəcək. Məsələnin yaxşı və ya pis olmasının fərqi yoxdur, söhbət qanunu pozan bir qaydanın təsdiqlənməsi, elan edilməsi və hətta insanlara SMS vasitəsilə məlumat verilməsindən gedir; bu, düzgün yol deyil", - deyə, millət vəkili vurğulayıb.
visiontv.az