İsrailin kəşfiyyat qiymətləndirmələri göstərir ki, Tehran regional müttəfiqlərini əlaqələndirməyə və 7 Oktyabr ssenarisinə bənzər genişmiqyaslı hücum həyata keçirməyə çalışır.
İsrail kəşfiyyatı və hərbi mənbələrinə istinadən bildirilir ki, İran hökuməti İsrailə qarşı eyni vaxtda genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün Hizbullah, HƏMAS və Husi qüvvələri ilə koordinasiya aparır.
Hücumun əsas məqsədi İsrailin hava hücumundan müdafiə sistemlərini eyni anda bir neçə cəbhədən intensiv raket və dron zərbələri ilə yükləyərək sıradan çıxarmaq və ölkədə geniş çaplı təhlükəsizlik böhranı yaratmaqdır.
Qeyd olunur ki, bu koordinasiyalı hücum planı 2023-cü il oktyabrın 7-də həyata keçirilən çoxşaxəli hücum ssenarisinə oxşar strategiya ilə hazırlanır.
visiontv.az