İranda ABŞ-nin mümkün hücumlarına qarşı müdafiə məqsədilə “Canfəda” kampaniyası çərçivəsində mindən çox könüllü taborunun yaradılması planlaşdırılır.
Bu barədə kampaniyanın qərargahının yaydığı bəyanatda bildirilib. Məlumata görə, ölkənin bütün sakinləri kampaniyaya qoşularaq İranın müdafiəsi üçün könüllü kimi qeydiyyatdan keçə bilərlər.
Bəyanatda qeyd olunub ki, könüllülərdən daxil olan müraciətlərin çoxluğu səbəbindən 1000-dən çox taborun təşkili qərara alınıb. Qeydiyyatdan keçən şəxslərin sentyabrın 15-dən etibarən hərbi hazırlıq və ilkin tibbi yardım kurslarına cəlb olunacağı bildirilib.
Kampaniyanın saytında yayılan məlumatlara görə, indiyədək “Canfəda” təşəbbüsünə 31,5 milyondan çox müraciət daxil olub.
visiontv.az