İordaniyanın yüksək rütbəli rəsmiləri son illərdə İslam Respublikası və onun regional proksi qüvvələrindən irəli gələn təhdidlərin artdığı barədə xəbərdarlıq ediblər.
Bu haqda xarici media İordaniya rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, İordaniya rəsmiləri bu tendensiyanı Qərbin müttəfiqi hesab edilən ölkədə onilliklər davam edən sabitlikdən sonra reqressiya kimi xarakterizə ediblər.
“İslam Respublikasının təhdidedici fəaliyyəti, o cümlədən maliyyələşdirmə və casus işə götürmə, son üç ildə üç dəfə artıb və o həddə çatıb ki, hətta təhlükəsizlik aparatında olan şəxslər də İrana casusluqda ittiham olunurlar”,- məlumatda qedy olunub.
İordaniya rəsmiləri İran hökumətinin Orta Şərqdə hegomonluq etmək niyyətində olduğunu bildiriblər.
visiontv.az