Ehtiyacların sırası çoxdur, əsas ehtiyaclar isə barmaq sayısı qədərdir. Həyat ehtiyacların üzərində qurulur və davam edir. Ehtiyacları idarə edən isə Elmdir. Elm isə əsas ehtiyacların hərəkət halını daima diri saxlayan tək ehtiyacdır. Elm dedikdə burda bütün elmlərin birliyi nəzərdə tutulur. Elm daima birlikdədir və həyatı daha da rahatlaşdırmaqdan ötrü öz yerini digər ehtiyaclara vermədən davam etməkdə də israrlıdır.
Sovetlər İttifağı Elmin üzərində quruldu, 70 ci illərdən sonra Elmdən qopdu və onun acısını 80 ci illərin sonunda yaşadı,
Dağıldı.
Sovet İttifağı Elmin idarə edilməsini və Elmin ehtiyacdan sonrakı dönəminin harda durmasını təyin edə bilmədi.
Elm hicrət edəndir, onu bir yerdə saxlamaq mümkün deyildir,
Onu bir yerdə saxlayacaq Güc isə hələ də kəşf edilməyib.
Amerika bu gün Elmin mərkəzi iddiasındadır, həyatın bütün ehtiyaclarını verə biləcək gücə sahibdirmi?
Deyildir.
Elmin mərkəzi olmaq aid olduğun məkana ehtiyaclar təklif etməklə bitmir, bir də aid olduğun "məkanlaşdırılan dərəcələr"in halını da təklif etməkdə borclusan.
Məkan cisimləri maddələşdirirsə, "məkanlaşan dərəcələr" isə insanı aid edildiyi ruh halı ilə o dərəcəyə gətirə bilmək bacarığını bilməlidir. "Məkanlaşan dərəcələr" xalq ola bilər, millət ola bilər, kimlik ola bilər, bu işi görə bilən tək güc fəlsəfədir ki, Elmləri yalnız onun gücü ilə idarə etmək mümkündür.
"Dərəcə" fizikanın məsələsidirsə, eyni zamanda insanın da məsələsidir. "Biz hansı dərəcədə qaynaya bilirik?" Kim bu suala cavab verə bilər?
İnsandakı "dərəcə" məsələsi yenə də həyatın ehtiyaclarının əsasına dönüb.
"Dəyişən dərəcələr" dalğasında dəyişməyənin tanınması yenidən inşa ediləcək əsasın zəmini olacaqdır.
"Qızdırma dərəcəsindəki" sayığlama hələ ki, həyatın ən əsas ehtiyacıdır.
Bu da keçər.
İdris Heydərli
visiontv.az