“Gurşad” adını daşıyan körpə 11 aydır şəxsiyyət sənədindən məhrumdur
19.04.2025

Güney Azərbaycanın Vərziğan bölgəsinin Köhnəlu kəndindən olan Gurşad adlı uşaq 11 aydır ki, adının türkcə olması səbəbilə şəxsiyyət vəsiqəsi ala bilmir.

“Gurşad” sözü türkcə “yağış seli” və ya “igid, cəsur” mənasını verir.

Uşağın atası Məhəmməd Zareyi dəfələrlə Qeydiyyat İdarəsinə müraciət etsə də, onun adı qeydiyyata alınmayıb.

Məsələ məhkəməyə də çıxarılıb və qeydiyyat idarəsinin imtina qərarı qüvvədə saxlanılıb.

Bu olay Azərbaycan türklərinin ana dili və mədəni hüquqlarının pozulmasının daha bir nümunəsi kimi dəyərləndirilir və bir çox dil və mədəni fəallar tərəfindən etirazla qarşılanır.

visiontv.az