Gürcüstan Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini razılaşdırmasını alqışlayır
16.04.2025

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını alqışlayırıq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatında bildirib.

“İnanırıq ki, yaxın vaxtlarda sülh sazişi imzalanacaq. Gürcüstanın sülh prosesinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edirəm”, -deyə Gürcüstan Prezidenti vurğulayıb.