Güneyli azyaşlıya şəhadətnamə verildi, qardaşına isə yox
24.04.2025

Təbriz Vətəndaş Qeydiyyatı İdarəsi bir ailənin Elman adlı böyük oğluna doğum haqqında şəhadətnamə versə də, Elyar adlı kiçik oğluna şəhadətnamə verməyib və onun adını Əlyar kimi qeydə alıb.

Bu barədə uşaqların dayısı Hüseyn Hüseynzadə “Balamın Adı” kampaniyasına deyib: “Bacımın ilk uşağı 2009-cu ildə dünyaya gəlib. O zaman qeydiyyat idarəsi türk adına görə problemsiz şəhadətnamə verib. Onların ikinci övladı 2012-ci ildə doğulub. Bu dəfə idarə türk adı ilə şəhadətnamə verməkdən imtina edib”.

Onun sözlərinə görə, ailə Elman adına şəhadətnamə verildiyini göstərərək, niyə Elyar adına sənəd verilmədiyini soruşduqda qeydiyyat idarəsinin rəsmiləri bu səlahiyyətin artıq Tehranın əlində olduğunu bildiriblər.

visiontv.az