Güney Azərbaycanda sosial media fəalı həbs edildi
23.04.2025

İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir ki, Ərdəbil əyalətinin Parsabad şəhərində güneyli sosial media fəalı saxlanılıb.

Parsabad Polis İdarəsinin komandiri Firuz Mahmudi iddia edib ki, “media fəalı ictimai düşüncəni çaşdırmaq və təşviş yaratmaq məqsədi ilə cinayət xarakterli paylaşımlar etməkdə günahlandırılıb”.

Hazırda harada saxlanılığı və kimliyi bəlli olmayan şəxs barəsində cinayət işinin açıldığı və məhkəməyə təhvil verildiyi qeyd edilib.

visiontv.az