İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
08.06.2026

İran ordusunun İsrailə qarşı hərbi əməliyyatları başa çatıb.

Bu barədə İranın  "Xatəmül-Ənbiya"  Mərkəzi  Qərargahı bəyanat yayıb.

Bəyanatda, İsrailə “ağrılı” tərzdə cavab verildiyi və əməliyyatın sonlandırıldığı bildirilib.

Xəbərdarlıq edilib ki, İsrail  İrana və  Livanın cənubuna hücumlara davam etsə, İran Silahlı Qüvvələrinin cavabı daha şiddətli olacaq.

visiontv.az