18.08.2019
Axtar
İdman-sağlamlıq
alt

Gəncə İdman Klubunun fəxri üzvü Ağasif Səmədov gümüş medala sahib olub

 

Gəncə İdman Klubunun fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan fəxrimiz ikincilik əldə edərək gümüş medala sahib olub. Bu barədə Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov məlumat verib. Onun sözlərinə görə, Ağasif Səmədov ölkəmizin bayrağını dünya, Avropa çempionatları ilə yanaşı bir çox beynəlxalq yarışlarda da yüksəklərə qaldırıb. 

"Ağasif Səmədov çox zəhmətkeş, daim öz Vətəni üçün çalışan bir idmançıdır. Gəncə İdman Klubunun kolletivi adından fəxrimizə uğurlar arzu edir və gələcək yarışlarda qələbələr diləyirik"-deyə Elvar Osmanov bildirib. 

Karyerası ərzində iki daxili orqanını itirən idmançımız "Facebook" səhifəsində ona dəstək duran hər kəsə öz təşəkkürünü bildirib:

"Karyeram ərzində iki daxili orqanımı itirmişəm, beş dəfə əməliyyat keçirtmişəm. Sağlamlığım tam qaydasında deyil. Əlimnən gələni etdim, var gücüm buna çatdı, şükürlər olsun ki, tam yerinə yetirə bilməsəm də, bayrağımızı ucalda bildim. Yanımızda olan, təbriklərə qoşulan, idmanın sonsuz zəhmətinə dəyər verən hər kəsə öz təşəkkürümü bildirirəm."

Qeyd edək ki, Ağasif Səmədov əməkdar məşqçi Sehriman Ağayevin yetirməsidir. O, bir sıra çempionatlarda və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib. 

VisionTV.az saytının kollektivi adından Ağasif Səmədovu təbrik edir, ona gələcək yarışlarda uğurlar arzu edirik!





Şərh yazın