Ermənistan konustitusiya dəyişikliyini sonraya, Zəngəzur dəhlizinin açılmasına razıdır
29.06.2024

ABŞ, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini rəsmi Bakının təklif etdiyi konustitusiya dəyişikliyindən əvvəl, bağlanmasına çalışır.

N. Paşinyan ABŞ -dan bu xüsusda Azərbaycanı razı salmaq üçün xahiş edib. Təbii ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın şərtlərini irəli sürüb. Ermənistan konustitusiyası və qanunvericiliyində, müstəqillik aktında Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır.

Ermənistan tərəfi sülh sazişinin mətnini hazır olduğunu qeyd edib. Rəsmi Bakı bu haqda açıqlama verməyib. Növbəti dəfə öz sülh şərtlərini Ermənistana göndərib.

Qeyd edim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan N. Paşinyanla telefon danışığında birdaha Azərbaycanın şərtlərini irəli sürüb. Proses davam edir. Ermənistan tərəfi konustitusiya dəyişikliyini sonrakı mərhələyə, amma Zəngəzur yolunun açılmasında razıdır.

Məhəmməd Əsədullazadə, MCP Başqan müavini

visiontv.az