Ərdəbil əyalətinin Xiyav (Meşgin) şəhərində yerləşən tarixi Köhnə qala abidəsi bərpa olunmayacağı təqdirdə dağılacaq.
Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Məlumata görə, uzun illər baxımsız və qorumasız qalan tarixi qala tarixi əsər qaçaqmalçılarının qazıntıları və təbiət hadisələri nəticəsində ciddi xəsarətlər alıb.
Məsələnin ictimailəşmsindən sonra Xiyavın fərmandarı (icra başçısı) Mehdi Bəxşi Köhnə qalanın bərpa olunacağına dair işlər aparıldığını, bunun reallaşması üçün dövlət qurumları ilə yanaşı xüsusi sektordan da yardım almaq niyyətində olduqlarını deyib.
O, tarixi abidənin bərpasının bölgənin turizm sahəsinin inkişafına da əhəmiyyətli təsir göstərəcəyini söyləyib.
Qeyd edək ki, 3-cü əsrdə inşa edilən Köhnə qala İran milli əsərləri siyahısında qeydə alınsa da bu günə kimi bərpası üçün vəsait ayrılmayıb.
visiontv.az