Uzun müddətdir sosial media, mətbuat və hətta elmi əsərlərdə böyük Türk sərkərdəsi, Əmir Teymurun adından belə bir sitat paylaşılır:
“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər. Düzdür, onların arasında hərdən yaxşıları ilə də rastlaşarsan, amma ümumilikdə yaramaz millətdirlər. Heç vaxt adamın üzünə söz deməyib mədəni görünərlər, amma ilk əlverişli məqamdaca adamı zəhərləyərlər"
Təxminən oxşar sözlər İkinci dünya müharibəsi dövründə Alman dövlət başçısı Adolf Hit*lerin adından paylaşılır. Guya ona hərbi müşavirə zamanı ermənilərin gələcək taleyi barədə soruşublar və o cavab verib :
"Kimdir ey erməniləri indi yada salan, tarix məni onlara kömək etmədiyim üçün alqışlayacaq"
Belə oxşar fikirlər qəsdən sovet dövründə kitablara və məqalələrə əlavə edilib ki, ermənilər özlərinin bu torpaqlarda qədim xalq olduqlarını isbat edə bilsinlər. İlk öncə Hit*ler məsələsinə gələk, ermənilər almanların birbaşa nəzarəti altında minlərlə insana qarşı terror və soyqırım törədiblər. Bu barədə kifayət qədər yazmışam. Erməni məsələsi də Almaniyanın nəinki planında, heç ağıllarında belə yox idi. Ermənilər sadəcə olaraq ağ dərili qullar içərisində faşizmə xidmət edənlər idilər. Onların nəinki bir millət, heç insan olaraq Adolfun yanında dəyəri yox idi.
Bunu sübut edəcək minlərlə sənəd var.
Keçək Əmir Teymur məsələsinə. O dövrdə ermənilər Qafqazda, yaxud Osmanlı torpaqlarında izi tozu belə yox idi. Xristian albanlar var idi və onlar da Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Osmanlı ərazilərində yaşayırdılar. Özlərinin kilsələri, ibadətləri və dinləri var idi.
Onların XVII əsrə qədər öz alban adlarını və kimliklərini qoruyub saxlamış idilər. Ağdərə rayonunun Vəngli kəndində yerləşən məşhur Qanzasar məbədinin üzərində "Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir" sözlərinin yazılması bir daha sübut edir ki, o dövrlərdə və xanlıqlar dövrünə qədər bu coğrafiyada erməni, hay nəinki adı, heç kimliyi belə yox idi. 1813-cü il Gülüstan və ardınca 1828-ci il Türkmənçay müqaviləsinə qədər rəsmi və dəqiq mənbə, qaynaq və sənədlərdə erməni -hay adına rast gəlmək olmur.
Rusiya imperatoru I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı erməni-qriqorian kilsəsinin Alban Apostol kilsəsinə olan iddialarının reallaşması üçün münbit şərait yaradıb və bu vəziyyətdən istifadə edərək, Alban apostol kilsəsinin mülkünü ələ keçirən erməni-qriqorian kilsəsi onun arxivlərini məhv edib, alban adını, alban kimliyini mənimsəyiblər. Fikir verin, 1813,1828, və 1836-cı illlər.
Bu dövrə qədər Xəzər dənizindən Qara dənizə qədər olan ərazilərdə erməni-hay kimliyi olmayıb ki, böyük Əmir Teymur bu ifadəni işlətsin. O dövrdə ermənilər Hindistanda, Kəlküttə şəhəri ətrafında vanetsilər, aparantsılar, kyavartsılar, boşa adı altında qaraçı həyatı yaşayıblar. Bu günün özündə Kəlküttə şəhərində ermənilərin qaraçı kimi yaşamasını sübut edəcək abidələr, kilsələr və yaşayış məskənləri qalıb. Bu barədə imzası elmi dairələrdə yaxşı tanınan etnoqraf Vantsian dəqiq yazır :
“Çoxsaylı Qafqaz xalqları arasında yepiskop Karapetin rəhbərliyi altında 1828-ci ildə Ərzurum vilayətindən rusların yenicə fəth etdiyi bölgələrə - Axalkalak, Axaltsix, Aleksandropol ərazilərinə köçən “Boşa” kimi tanınan erməni qaraçıları da var. İrəvanda, Yelisavetpolda olduğu kimi, Boçesdə də yaşayırdı, baxmayaraq ki, orada onların sayı az idi; lakin sonradan onlar ilkin həyat tərzini tərk edərək yerli ermənilər kimi özlərini təqdim etməyə başlayırlar. Boşilər dil və din baxımından demək olar ki, ermənilərdir, ona görə də çoxları onları “hay-boşa” (erməni qaraçıları) adlandırır".
Yəni, Əmir Teymurun Osmanlı torpaqlarına yürüşü zamanı bu coğrafiyada erməni-haylar olmayıb, Sivas savaşında iştirak etməyiblər və guya ki, Əmir Teymurun beş min "ermənini diri diri basdırması" faktı da boş bir şeydir. Öldürülən xristian albanlar idilər. Onlar Sivası qoruyan Qərbi Azərbaycan albanları idilər.
1386, 1392, 1399, 1403-cü illər yürüşləri zamanı Əmir Teymur heç erməni adlı bir milləti belə tanımırdı. Sovet tarixçiləri saxta erməni tarixçisi Metsoplu Foma adlı bir şəxsin uydurub elmə gətiriblər və guya ilk mənbə o olub, və o yazıb. Əlbətdə, belə bir tarixçinin real olmasını təsdiq edəcək heç bir ciddi qaynaq yoxdur və olmayacaq da. 1399-cu ildə Teymur şərqi Ermənistandakı Qaqat qalası iddiaları isə absurd bir şeydir. Qərbi Azərbaycan torpaqlarında və Anadolu ərazisində olmayan ermənilərin necə qalası ola bilərdi ? Özü də alban dilində Qaqat adlanan ?
Mənbənin orjinalını oxumadan durub onlara istinad verənlər də bilərəkdən sanki ermənilərin bu coğrafiyada olmasını təsdiq edirlər. Şərafəddin Əli Yəzdin, Nəzmi Zadə Əfəndi, Clavijo kimi müəlliflərin əsərində bir cümlə belə erməni adı çəkilmir. Onu tərcümə edənlər bunu təhrif ediblər. Səyyah Clavijonun əsərinin orijinalında cümlə belə gedir : “Bizə dedilər ki, təxminən bir il bundan əvvəl Teymur bu yerdən keçərkən xristian əhaliyə məxsus bütün kilsələrin sökülməsini əmr etdi. Onlar da, öz kilsələrini məhv olmaqdan xilas etmək üçün, öyrəndiyimiz kimi, Teymura hər bir asperin dəyəri yarım real gümüş olan 3000 aspers hədiyyə etmişdilər və o, hədiyyəni qəbul etmişdi, lakin yenə də səbirsizliklə bu kilsələrin sökülməsini əmr etmişdi”
Fikir verin, xristian əhali, erməni yox.
"Embassy to Tamerlane, 1403-1406, translste – Guy Le Strange Broadway House, London, 1928, 375 p." Çap ediləndə artıq erməni sözü ora əlavə edilmiş idi.. Orjinal əsərin özünü oxumaq lazımdır. Guy Le Strangenin ingilis dilinə, sonradan rus dilinə çevrilən tərcüməni yox. Artıq XX əsrin əvvələri idi, Qafqazda maraqları olan İngilislər erməni sözünü ora əlavə etməklə, onlardan hər zamankı kimi, maraqları üçün istifadə məqsədi güdüblər.
Ermənilər indi absurd və xəstə təxəyyülü iddialar irəli sürürlər. Əmir Teymur ermənicə bilib, erməni olub və sairə..https://bizim.media/.../emir-teymur-ermeni-olub-dnt.../
Bunada cavab vermişəm.
Əmir Teymur haqqında hətta 1889-cu ildə kitab da nəşr ediblər. "Тамерлан по рассказам армян. Армянские сказки. Сказание о нартах. Сборник материалов Кавказа. 1889" kitabın fotosunu qoyuram. Fikir verin kitabın adına. Erməni nağılları..Əlbətdə, nağıldır da bütün erməni tarixi.
Ermənilər iddia edirlər ki, onlar bu torpaqlarda məliklikləri olub və Əmir Teymura qarşı savaşıblar. Rusiyanın hərb tarixi arxivində Azərbaycan ərazisində mövcud olmuş Məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktub saxlanılır və orda konkret özlərini Azərbaycanda yaşayan xristian- alban (avqan) adlandırmışlar. Həmin məktub konkret təsdiq edir ki, Əmir Teymur zamanında bu coğrafiyada alban -xristianlar yaşayıblar. Ermənilər yox.
Ona görə Əmir Teymurun ermənilər barədə nəinki belə sözü ola bilməzdi, o dövrdə erməni deyiləm anlayış özü yox idi. Bundan irəli gələrək sosial mediada və digər yazılarda bu sözü paylaşmaq olmaz. Ermənilərin əlinə oynamaq olmaz..
Zaur Əliyev, dosent
visiontv.az