Əhər-Vərziğan yolunda mikroavtobusun aşması nəticəsində 19 nəfər xəsarət alıb
14.09.2025

Güney Azərbaycanın keyfiyyətsiz yolları qəzalara səbəb olmağa davam edir, bu dəfə Əhər-Vərziğan yolunda mikroavtobusun aşması nəticəsində 19 nəfər xəsarət alıb.

Mikroavtobus çərşənbə axşamı, sentyabrın 10-u axşam Əhər yolunda aşıb. Qəza nəticəsində xəsarət alan şəxslər Bağer-əl-Ulum Əhər xəstəxanasına aparılıb. Həmin şəxslərdən üçü oradan Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Mütəxəsislərin və yerli əhalinin sözlərinə görə, əyalətdə qəzaların əsas səbəbi yolların kefiyyətinin standartların çox altında olmasıdır.

Xatırladaq ki, Süngün mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və bu bölgədə bir neçə qızıl mədəni yerləşir. Ancaq mədənlərdən əldə edilən gəlirlərdən bölgənin infrastrukturunun inkişafına heç bir vəsait xərclənmir.

visiontv.az